Qadın sürücünü əvvəlcə təhqir etdi, sonra... - AVTOBUSDA TƏHLÜKƏLİ ANLAR
26 iyul 2022 17:00 (UTC +04:00)

Qadın sürücünü əvvəlcə təhqir etdi, sonra... - AVTOBUSDA TƏHLÜKƏLİ ANLAR

Türkiyənin İzmir şəhərində avtobusların birində baş verən olay sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub.

Lent.az xəbər verir ki, hadisə səhər saatlarında  baş verib.

Belə ki, bir neçə sərnişin qırmızı işıqda gözləyən qadın sürücüdən qapıları açmağı tələb ediblər. İnsanların həyatını təhlükəyə atmaq və qanunu pozmaq istəməyən sürücüyə bir kişi əvvəlcə təhqir, daha sonra yumruqla zor tətbiq edib. 

Bundan başqa, avtobusun qapılarını qıran və qadına qarşı zor tətbiq etməyə davam edən şəxs anındaca polislər tərəfindən tutulub. Hadisənin təsirindən göz yaşlarına boğulan qadın sürücü həmin şəxs barəsində şikayət ərizəsi verib.

Qeyd edək ki, İzmir Büyükşehir Bələdiyyə sədri Tunç Soyer zərərçəkmiş qadına zəng edib və bu hadisə barəsində bütün hüquqi tədbirləri nəzarətdə saxlayacağını bildirdi. 

Hadisənin anbaan görüntülərini təqdim edirik:

Sərnişin qadın sürücünü belə vurdu

# 3084
avatar

Nigar Namiq

Oxşar yazılar