Qadın şirlə   yemək yedi – Hər kəs qorxuya düşdü - VİDEO
21 iyul 2023 16:13 (UTC +04:00)

Qadın şirlə yemək yedi – Hər kəs qorxuya düşdü - VİDEO

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Ras Al Khaimah şəhərindəki Rak heyvanxanasında ziyarətçi şirlə eyni boşqabdan yemək yeyərək insanları qorxudub.

Lent.az xəbər verir ki, qadın və şirin birlikdə yemək yeməsi lentə alınıb. Kadrlarda aslanın əti necə yediyi, ziyarətçinin öz boşqabına uzanaraq sakitcə özü üçün bir tikə götürdüyü görünür. Qadın ekrandan kənar bir kişi ilə danışır.

Heyvanxananın sosial şəbəkəsindəki videonun başlığında deyilir:

“Dünyanın heç bir yerində Rak heyvanxanasında edə biləcəyiniz işi edə bilməzsiniz”.

Video sosial media istifadəçilərini şoka salıb. Çoxları ziyarətçinin hərəkətini təhlükəli hesab edib və ona aslandan uzaq durmağı tövsiyə edib.

"Və sonra səni yeyəcək!!! Bunlar əhliləşdirilməmiş vəhşi heyvanlardır”, - şərhlərdə deyilir.

# 2535
avatar

Sevinc Fərid

Oxşar yazılar