Polkovnik İlqar Mirzəyevi bir də belə tanıyaq - VİDEO
14 iyul 2022 19:15 (UTC +04:00)

Polkovnik İlqar Mirzəyevi bir də belə tanıyaq - VİDEO

Polkovnik İlqar Mirzəyev 1973-cü il mayın 8-də Gürcüstanın Qardabani kəndində anadan olub. Ailənin tək övladı olan İlqar Mirzəyevin uşaqlıq illəri elə burada keçib. Hələ baxçaya gedərkən müəllimləri onu “Ştirless” deyə çağırıb. İlqar Mirzəyev 1991-ci ildə o vaxtki adı Ümumqoşun Ali Hərbi məktəbi olan, 1992-ci ildə adı dəyişdirilən Bakı Ali Hərbi Birləşmiş Komandirlər məktəbinə daxil olub.

Azərbaycanın bir neçə bölgəsində xidmətdə olan İlqar Mirzəyev aprel döyüşlərindən sonra daha böyük vəzifəyə və polkovnik rütbəsinə layiq görülüb. Eyni zamanda  Şəmkirdə yerləşən hərbi birləşmələrdən birinə Artilleriya rəisi təyin olunub.

2020-ci il 12 iyul  tarixində Ermənistan-Azərbaycan sərhədində düşmən hücuma keçib və yaşayış məntəqələrimizi hədəf alıb. Həmin vaxt bölmələrimiz Artilleriya qurğuları ilə düşmənə layiqli cavabı verib. Döyüşlərdən bir gün qabaq ailəsi, dostları ilə danışan polkovnik “hər şey yaxşı olacaq, möhkəm olun” deyib.

General Polad Həşimovla eyni binada yaşayıb, eyni yerdə xidmət edən İlqar Mirzəyev sonuncu döyüş tapşırığını da Polad Həşimovla edib. Və bu döyüş onların sonuncu əməliyyatı olub.

Polkovnik İlqar Mirzəyev 15 iyul 2020-ci ildə İkinci Fəxri xiyabanda dəfn olunub.

# 2706
avatar

Oxşar yazılar