Pişik siçanla   necə dost oldu? -  VİDEO
18 dekabr 2021 17:01 (UTC +04:00)

Pişik siçanla necə dost oldu? - VİDEO

Çilidə həyəcanlandırıcı bir hekayə baş verib: pişik tutmalı olduğu siçanla dost olub. 

Lent.az xarici mediaya istinadla bildirir ki, hadisə barədə pişiyin sahibi Benjamin Saqredo sosial şəbəkədə məlumat verib.

Onun sözlərinə görə, bir neçə həftə əvvəl evdə vaxtaşırı qəribə səslər və xışıltılar eşidilib. Kişi bir gün pişiyi Saymonun stulun altında bir şeylə necə oynadığını görənə qədər bu barədə narahat olmayıb.

Bir neçə gün sonra Saqredo mətbəxə girib və Saymonun öz qabından su içdiyini, siçanın isə pişiyin yanında sakitcə oturduğunu görüb.

Saqredo qeyd edib ki, pişik və siçan köhnə dostlara bənzəyir. O, hətta bunu videoya çəkib, əks halda heç kimin ona inanmayacağına qərar verib.

Çilili mehriban bir insan olduğundan Saymonun yeni dostunu qovmayıb. O, hətta siçana belə bir ad qoyub – Çefsito.

Zaman-zaman siçan pişiyi “ziyarətə” gəlir. Pişik isə onu tutmur və qovmur. Saqredo deyir ki, əgər siçan tez-tez baş çəkirsə, o zaman Cefsitonu evdə məskunlaşdırmaq lazım gələcək.

Pişik siçanla necə dost oldu?

# 3678
avatar

Oxşar yazılar