Kikboks üzrə 6 qat dünya çempionu Pərviz Abdullayevin "Survivor All Star" yarışmasındakı iştirakı davam edir.
Lent.az-ın məlumatına görə, proqramın ötən gün yayımlanan buraxılışında kövrək anlar yaşanıb, iştirakçıların bəzisi ailəsi ilə telefonla danışıb.
Pərviz oğlu Yusiflə danışarkən göz yaşlarını saxlaya bilməyib. Övladı atasına uğur arzulayaraq kövrəlib və onun qalib kimi qayıtmasını dilədiyini deyib. Həmin an Pərvizdə ağlamağa başlayıb.
Qeyd edək ki, Dominikanda baş tutan yarışmaya idmançı ehtiyatda olan iştirakçı kimi girib.