Özünü yandıran gənc oğlan 19-cu mərtəbədən yıxıldı - HADİSƏ ANI
07 dekabr 2024 19:00 (UTC +04:00)

Özünü yandıran gənc oğlan 19-cu mərtəbədən yıxıldı - HADİSƏ ANI

Rusiyanın Voronej şəhərində dekabrın 7-nə keçən gecə özünü yandıran gənc oğlan binanın 19-cu mərtəbəsinin eyvanından yıxılıb. 

Lent.az-ın xarici KİV-ə istinadla xəbərinə görə, o, həyətdə dayanmış maşının üstünə düşüb. Avtomobil yanıb.

Sosial şəbəkələrdə yerli sakinlər hadisə yerindən görüntülər yayıb və bildiriblər ki, qonşular vətəndaşı yanğınsöndürən balonla söndürüb. Ancaq avtomobili söndürməyə çalışsalar da, xilasediciləri çağırmalı olublar.

Baza Telegram kanalının məlumatına görə, sakinlər hətta onu yerə düşən pilotsuz təyyarə ilə səhv salıblar.

Fövqəladə Hallar Nazirliyinin regional Baş İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, yanğın xəbəri saat 01:23-də növbətçi məntəqəyə daxil olub. Yanğın zamanı iki avtomobilə ziyan dəyib. “Ford Focus” tamamilə yanıb. “Ford Transit”də arxa bamper və arxa sağ fara yanğın nəticəsində sıradan çıxıb. Yanğının söndürülməsinə 4 yanğından mühafizə bölməsi və 15 xilasedici və 4 texnika cəlb olunub. Yanğın saat 01:36-da söndürülüb.

Müstəntiqlər gəncin ölümünün səbəblərini müəyyənləşdirirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3964

Oxşar yazılar

"Yeddi gözəl"ə  də sel gəldi - Heç vaxt belə olmamışdı - VİDEO

"Yeddi gözəl"ə də sel gəldi - Heç vaxt belə olmamışdı - VİDEO

18 aprel 2025 , 11:10
APA TV-də XəbərAPAran – CANLI

APA TV-də XəbərAPAran – CANLI

18 aprel 2025 , 10:00
APA TV-də XəbərAPAran – CANLI

APA TV-də XəbərAPAran – CANLI

17 aprel 2025 , 10:00
Bakıda bataqlığa düşən sürücü belə xilas edildi - VİDEO

Bakıda bataqlığa düşən sürücü belə xilas edildi - VİDEO

16 aprel 2025 , 16:39
Binə və Zabratın yollarını su basdı - VİDEO

Binə və Zabratın yollarını su basdı - VİDEO

16 aprel 2025 , 11:17
"Bağırov" tunelindən SON GÖRÜNTÜLƏR

"Bağırov" tunelindən SON GÖRÜNTÜLƏR

16 aprel 2025 , 10:49
APA TV-də XəbərAPAran – CANLI

APA TV-də XəbərAPAran – CANLI

16 aprel 2025 , 10:30
Görün kolbasalara nələr qatırlar – DİQQƏTLİ OLUN!  -VİDEO

Görün kolbasalara nələr qatırlar – DİQQƏTLİ OLUN! -VİDEO

15 aprel 2025 , 16:22