Öküz meydanda oyunçulara HÜCUM ETDİ -  VİDEO
10 may 2023 10:04 (UTC +04:00)

Öküz meydanda oyunçulara HÜCUM ETDİ - VİDEO

Fransada reqbi yarışı zamanı paraddan qaçan öküz meydançaya girib. 

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, reqbi oyunu öncəsi öküzün paraddan meydançaya qaçması xaosa çevrilib.

Perpignandakı Gilbert Brutus stadionunda "Catalan Dragons" və "St. Helens" komandaları arasında keçirilən matçdan əvvəl izdihamın önündə parad baş tutub. Paraddan qaçan öküz oyunçulara hücum edib.

Oyunçular qəzəbli heyvanın hücumuna məruz qalmamaq üçün öküzdən qaçıb, reklam lövhələrinin üzərindən tullanıblar. Sonda öküz öz əhilləşdiriciləri tərəfindən tutularaq digər öküzlərlə birlikdə meydandan çıxarılıb.

# 2529
avatar

Fidan İlqar

Oxşar yazılar