Rusiyanın Krasnodar vilayətində kişi uzun saçlarına görə döyülüb.
Lent.az yerli mediaya istinadən bildirir ki, hadisə vilayətin Soçi şəhərində, Lazarevskoye mikrorayonunda baş verib.
Küçədə bir nəfər qarşısındakı şəxsi homoseksual hesab edərək saçının uzunluğuna görə təhqir etməyə başlayıb, sonra isə dava salıb.
Yaralıya qapalı kəllə-beyin travması diaqnozu qoyulub və o, polisə müraciət edib.