Neftçalada naməlum şəxs marketə girərək dağıntı törədib.
Lent.az-ın məlumatına görə, ötən gün rayon sakini əsəbi halda marketlərdən birinə daxil olaraq, əlindəki dəyənəklə vitrinləri dağıdıb. Daha sonra “MilliÖn” aparatının şüşəsini sındırıb.
İlkin məlumata görə, buna səbəb onun həmin mağazadan nisyə mal istəməsi, amma satıcıların onun bu istəyini yerinə yetirməməsi olub.
Faktla bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov Lent.az-a görüntülərdən xəbərdar olduqlarını bildirib:
“Həmin hadisə Neftçala rayonu Bankə qəsəbə sakini, əvvəllər məhkum olunmuş Azad Təhməzov tərəfindən törədilib. O, şəxs rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb, araşdırmalar davam etdirilir”.
Azad Təhməzov