"Narkoz"dan sonra  oğlan sevgilisini   tanımadı - VİDEO
05 avqust 2023 19:48 (UTC +04:00)

"Narkoz"dan sonra oğlan sevgilisini tanımadı - VİDEO

Narkozun təsiri altında olan bir gənc sevgilisini tanımayıb.

Lent.az xəbər verir ki, gənc qız sevgilisinə anesteziyanın necə təsir etdiyini göstərmək üçün onu videoya çəkib.

Həmin videonu şəxsi “TikTok” hesabında paylaşıb.

Qızın paylaşımı qısa zaman ərzində 18,3 milyondan çox baxış və 4,3 milyon bəyənmə toplayıb.

Görüntülərdə oğlan narkozdan ayıldıqdan sonra sevgilisini tanımır. Hətta həkimə qızın ona toxunduğu barəsində şikayət edir. Sonda oğlan qıza əsəbi şəkildə kim olduğu barəsində sual verir. Həkim qızın yerinə “O, sənin sevgilindir” cavabını verdikdən sonra oğlan şoka düşür və onun bundan sonrakı reaksiyaları sosial şəbəkələrdə viral olub.

Görüntüləri təqdim edirik:

# 2403
avatar

Sevinc Fərid

Oxşar yazılar