Müharibədən qayıdan əsgər  özünü partlatdı   - VİDEO
27 iyul 2023 10:57 (UTC +04:00)

Müharibədən qayıdan əsgər özünü partlatdı - VİDEO

Rusiyanın Rostov şəhərində müharibədən qayıdan əsgər özünü qumbara ilə partladıb.

Lent.az-ın xəbərinə görə, bu barədə “SVTV News” məlumat yayıb.

İlkin ehtimala görə o, həddindən artıq spirtli içki qəbul edib.

Məlumata görə, iyulun 26-da yerli sakinlər güclü partlayış eşidiblər və bu barədə fövqəladə hallar xidmətinə məlumat verilib. Məlum olub ki, evlərin birində yaşayan bir şəxsin əlində qumbara partlayıb.

Nəticədə onun barmaqları qopub. Zərərçəkmiş xəstəxanaya yerləşdirilib və hüquq-mühafizə orqanlarının əməkdaşları axtarış zamanı onun mənzilində daha çox qumbara tapıb və onları zərərsizləşdiriblər.

Qonşuların dediyinə görə, həmin şəxs Ukraynadakı müharibədən qayıdıb və Rostovda mənzil kirayələyib. O, sonda qohumlarının yanına köçməyi planlaşdırırmış.

 

# 2805
avatar

Sevinc Fərid

Oxşar yazılar