Məşqdə ölən azyaşlının atası DANIŞDI:   "Fərid batırmışdı" - VİDEO
02 may 2023 21:02 (UTC +04:00)

Məşqdə ölən azyaşlının atası DANIŞDI: "Fərid batırmışdı" - VİDEO

APA TV Sumqayıtda Hacı Zeynalabdin qəsəbəsində yerləşən 19 nömrəli məktəbin idman zalında idman məşqçisi Mehman Xəlilov tərəfindən kobud davranış nəticəsində ölən 7 yaşlı Fərid Bakarovun evində olub. Fərid Bakarovun atası Revaz Bakarov bildirir ki, görüntüləri müəllim şagirdlə o şəkildə davranmasının səbəbi narkotik ola bilər. 

Ata bildirir ki, Mehman Xəlilovun əmisinin uşağın evə gəldikdən sonra yenidən halının pisləşməsi barədə dedikləri yalandır. 

Revaz Bakarov digər uşaqların valideynlərini oğlunun vəhşicəsinə öldürülməsinə səssiz qalmamağa çağırıb. 
Hadisə ilə bağlı yayılan görüntülərdən açıq-aşkar aydın olur ki, Mehman Xəlilov təkcə Fərid Bakarova qarşı yox, məşqdə iştirak edən digər azyaşlı uşaqlara da  xüsusi qəddarlıqla davranıb. Onları saçından, başından, qulağından tutaraq ayağa, havaya qaldırır. Bundan başqa, o  azyaşlıların sağlamlığına xəsarət yetirə biləcəyini düşünmədən onlara təpiklə zərbə vurmaqdan da çəkinmir.

Uşağın babası bildirir ki, ilk açıqlamaları verərkən uşağın öldüyü günə aid videolardan xəbərsiz olublar. 
Ələskər Məlikov nəvəsinin anasının təkidindən sonra müəllim tərəfindən ölümcül halda evə gətirildiyini, anası uşağın bədənindəki izləri gördükdən sonra xəstəxanaya aparıldığını bildirir.

Elm və Təhsil Nazilriyinin "Təhsil" Respublika İdman Mərkəzinin Sumqayıt şəhər 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbi Publik Hüquqi Şəxsin direktor müavini Natiq Qasımov bildirdi ki, həmin müəllimin məşqlərində dəfələrlə iştirak ediblər və belə hal yaşanmayıb. 
Məsələ ilə bağlı Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Elgün Hümbətov da münasibət bildirib. 
2016-cı il təvəllüdlü Bakarov Fərid Revas oğlu 29 aprel 2023-cü il tarixində saat 18:50 radələrində təcili tibbi yardım avtomobili Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasının Təcili yardım şöbəsinə gətirilib. 

Sumqayıt Tibb Mərkəzi İctimaiyyətlə əlaqələr bölməsindən verilən xəbərə görə, xəstə daxil olarkən vəziyyəti həddən artıq ağır qiymətləndirilib.

Xəstə Təcili yardım şöbəsinin qırmızı zonasından Reanimasiya şöbəsinə yerləşdirilib. Huşu aydın olmayıb. Xəstəyə növbətçi cərrah, növbətçi travmatoloq tərəfindən baxılıb: “Baxış zamanı hər iki bazunun yuxarı 1/3 hissəsində böyük ölçülü, kürək nahiyəsində hər iki aşağı ətraflarda müxtəlif ölçülü qançırlar qeyd olunub.

Xəstəyə qanın ümumi müayinəsi, koaquloqramma və s. təyin edilib. Daxili orqanların USM müayinəsi olunub. Müayinənin nəticəsinə əsasən ciddi patologiya aşkar edilməyib.

Aparılan reanimasyon tədbirlərə baxmayaraq, xəstədə saat 19:50 radələrində bioloji ölüm baş verib. Hadisə barədə polisə məlumat verilib. Meyit təşrih üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şöbəsinə göndərilib.

Təşrihə göndərilən zaman diaqnoz dəqiqləşməmiş kəllə-beyin travması, dəqiqləşməmiş koma, ürək-damar çatışmazlığı və tənəffüs çatışmazlığı olub”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8028
avatar

Oxşar yazılar