Maşın nömrəsi  təyyarə qiymətinə   satıldı - VİDEO
11 aprel 2023 19:48 (UTC +04:00)

Maşın nömrəsi təyyarə qiymətinə satıldı - VİDEO

Dubayda dövlət nömrə nişanının qiymətinə görə rekord müəyyən edilib. 

Lent.az xarici mediaya istinadən məlumat verir ki, P 7 kombinasiyası olan nömrə hərracda biznes-jetin dəyərinə bərabər olan 15 milyon dollara satılıb. 

Alıcı anonim qalmaq istəyib. Eyni zamanda, lot uğrunda əsl mübarizənin getdiyi qeyd olunur.

Yeri gəlmişkən, hərracda “Vkontakte” sosial şəbəkəsinin və “Telegram” messencerinin yaradıcısı Pavel Durov iştirak edib. Rusiyadan olan milyarder nömrə üçün 9,5 milyon dollar verməyə hazır imiş.

Belə hərraclardan əldə edilən gəlirlər adətən Birləşmiş Ərəb Əmirliklərində yol infrastrukturunun inkişafına və ya xeyriyyə işlərinə - yoxsullar üçün qidaya gedir.

Xatırladaq ki, daha əvvəl Dubayda AA9 avtomobil nömrəsi 38 milyon dirhəm və ya 10 milyon dollardan çox qiymətə satılaraq dünya rekorduna çevrilmişdi.

# 12033
avatar

Oxşar yazılar