Kenquru qadına görə kişi ilə  DAVA ETDİ   - VİDEO
16 iyun 2023 15:58 (UTC +04:00)

Kenquru qadına görə kişi ilə DAVA ETDİ - VİDEO

Avstraliyanın Kohunu Koala parkında kenquru bir qadını qovduqdan sonra iki kişi ilə dava edib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, kişi kenqurunun qadını təqib etdiyini görüb və buna görə də müdaxilə etmək qərarına gəlib.

Bu, park sakinini qəzəbləndirib və nəticədə dava baş tutub. Kenquru tam boyuna qalxıb və ön pəncələri ilə adamı döyməyə başlayıb. Turist qol uzunluğunda saxlamağa çalışsa da, heyvan yenə də aqressiya nümayiş etdirməyə davam edib.

Təxminən 30 saniyədən sonra kenqru qısa müddətə sakitləşib, lakin bu çox çəkməyib. İki kişi artıq uzaqlaşmaq istəyəndə kenquru münaqişəni davam etdirmək qərarına gəlib.

Nəticədə məsələyə parkın əməkdaşı müdaxilə edib və o, heyvanı sakitləşdirib.

# 2745
avatar

Fidan İlqar

Oxşar yazılar