Jurnalistlər binasında su xəttində qəza baş verib.
Lent.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Məlumata görə, birinci binanın 5-ci mərtəbəsində qəza səbəbindən su axaraq, aşağı mərtəbələrə tökülüb. Nəticə etibarilə həmin mərtəbədən üzüaşağı “şəlalə” yaranıb.
Görüntüləri təqdim edirik: