İt  balıq tutmağın   yollarını göstərdi: Ulduza çevrildi -  VİDEO
25 iyun 2023 13:24 (UTC +04:00)

İt balıq tutmağın yollarını göstərdi: Ulduza çevrildi - VİDEO

Çində balıq tutmağın yollarını göstərən it sosial şəbəkənin ulduzuna çevrilib.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, bu videonun qəhrəmanı heç vaxt təzə balıq yeməkdən çəkinmir.

Köpək balıq tutmağın əsl ustası olduğunu sübut edbi. Suya girərək səbirlə balığın kifayət qədər yaxına üzməsini gözləyib. Ağıllı heyvan nə qədər gözləyəcəyini və həlledici zərbəni nə vaxt vuracağını dəqiq bilir.

Təbii ki, itin ağzına düşən balığa həsəd aparmayacaqsınız, amma ümid etmək qalır ki, heç olmasa digər balıqlar gələcəkdə daha diqqətli olacaqlar.
 

# 4539
avatar

Oxşar yazılar