Goranboyda kəndi sel basdı - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR  - FOTO  - YENİLƏNİB
22 iyun 2022 20:42 (UTC +04:00)

Goranboyda kəndi sel basdı - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR - FOTO - YENİLƏNİB

Güclü yağış Goranboy rayonunun dağ kəndlərində, o cümlədən Aşağı Ağcakənd və Yuxarı Ağcakənd qəsəbələrində çaylarda suyun səviyyəsini yüksəldib.

Lent.az-ın məlumatına görə, sel-suları 20 yaxın fərdi yaşayış evinə, 20-ə yaxın mal-qaraya, 10-a yaxın iaşə obyektinə və Mingəçevir şəhər sakini Rzayev İlham Zülfü oğluna məxsus “Mercedes” markalı avtomiblə ziyan vurub.

***

Saat 18:08

Goranboyda aramsız yağışlar nəticəsində kəndi su basıb.

Lent.az xəbər verir ki, yağışlar nəticəsində xüsusən rayonun Ağcakənd qəsəbəsinə sel gəlib.

Sel kənddə nəqliyyatın və sakinlərin hərəkətini iflic edib.

Görüntüləri təqdim edirik:

Goranboyda kəndi sel basdı

Goranboyda sel

Goranboyda sel

# 8571
avatar

Mehman Nəbiyev

Oxşar yazılar