Futbol zamanı yaşıl meydanda romantika - VİDEO
10 yanvar 2023 14:17 (UTC +04:00)

Futbol zamanı yaşıl meydanda romantika - VİDEO

Albaniyada futbol zamanı yaddaşlardan silinməyəcək hadisə baş verib.

Lent.az xəbər verir ki, matç zamanı gənc oğlan qanunsuz olaraq, yaşıl meydana daxil olur. Daha sonra o, yıxılaraq özünü ölülüyə vurur.

Ancaq oğlanın sevgilisi yanına gələndə vəziyyət dəyişir. Sən demə o, sevgilisi üçün unudulmayacaq bir an yaşatmaq istəyib. Belə ki, yerə yıxılan gənc oğlan qəfil dizi üstə çökür və qıza evlilik təklif edir.

Görüntülər sosial mediada geniş yayılıb və hər kəsin marağına səbəb olub.

# 2244
avatar

Oxşar yazılar