Türkiyədə qəribə oğurluq hadisəsi baş verib.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Dənizli şəhəri Çal qəsəbəsində qeydə alınıb. Iki naməlum şəxs yanacaqdoldurma məntəqəsinə gələrək operatorun yatdığını görüblər. Onlar boşluqdan istifadə edərək, masanın üzərindəki mobil telefonu götürüblər.
Sonra isə onlar operatoru oyadaraq, avtomobillərinə benzin doldurub və ödəniş edərək gediblər. Onları yola saldıqdan sonra operator telefonun oğurlandığını bilib və kameraya baxaraq, həmin müştərilərin oğru olduqlarını müəyyən edib.
Faktla bağlı polisə müraciət edilib, araşdırma aparılır.