Ermənilərin Laçındakı buraxılış məntəqəsini atəşə tutma ANI  - VİDEO
15 iyun 2023 16:40 (UTC +04:00)

Ermənilərin Laçındakı buraxılış məntəqəsini atəşə tutma ANI - VİDEO

Ermənistan silahlı qüvvələrinin Laçın sərhəd-buraxılış məntəqəsini atəşə tutmasının görüntüləri üzə çıxıb.

Lent.az xəbər verir ki, sözügedən görüntülər sosial şəbəkələrdə yayılıb.

Videodan da görünür ki, hərbçilərimiz Azərbaycan ərazisində bayrağımızı ucaltmağa çalışırlar. Bu zaman Rusiya sülhməramlıları da hərbçilərimizi müşayiət edib. Ancaq Ermənistan silahlı qüvvələri növbəti təxribata əl ataraq, hərbi qulluqçularımıza atəş açıb.

Qeyd edək ki, ermənilərin Laçın sərhəd-buraxılış məntəqəsini atəşə tutması nəticəsində Dövlət Sərhəd Xidmətinin giziri Elşən Rüstəmov yaralanıb. O, hərbi hospitala yerləşdirilib və müalicə davam edir. Fakta görə Baş Prokurorluqda Cinayət Məcəlləsinin bir neçə maddəsilə cinayət işi başlanıb. Bundan əlavə, ordumuz tərəfindən görülən tədbirlərlə Laçın sərhəd-buraxılış məntəqəsində təxribat törədərək, gizirimizi yaralayan 2 erməni snayperi zərərsizləşdirilib.

Məntəqənin atəşə tutulma videosunu təqdim edirik:

# 3144
avatar

Oxşar yazılar