Dünyanın qadın əsgərləri -  VİDEO  
16 iyun 2021 18:31 (UTC +04:00)

Dünyanın qadın əsgərləri - VİDEO  

Qadınlar orduda müxtəlif vəzifələrdə yer alsalar da, çox az ölkənin ordusunda nizamlı qadın əsgərlər xidmət göstərir.

Lent.az qadınların hansı ölkənin ordu sistemində yer almasını təqdim edir: 

Fillandiya

Ölkədə vətəndaş müharibəsi zamanı qadınlardan ibarət əsgər qrupları yaradılıb. Qrup uzun zaman aktiv fəaliyyət göstərib və bir çox uğurlara imza atıb. Bundan başqa, İkinci Dünya Müharibəsi zamanı sovet ordusuna qarşı müharibədə Fillandiya ordu sıralarında qadınlar da yer alıb. Bu ölkədə xanımlar hələ də hərbi xidmətə cəlb olunur. 

Almaniya

1955-ci ildə Almaniyada 480 minlik ordu – bundesver yaradılıb. Bu ordu NATO ölkələri arasında ən ciddi ordu sayılır. Burada qadın əsgərlər ciddi hərbi təlimlərə cəlb olunur.
 
Çin

Asiya qitəsi bəlkə də dünyada ilk qadın əsgərlərin doğulduğu yerdir. Əsrlər öncə qadınlar saysız müharibələrdə iştirak ediblər. Hazırda isə Çin qadın əsgərlərə qarşı müxtəlif hərbi təlimlər təşkil edir. Bu təlimlər çətinliyi ilə dünyada məşhurdur.

Rusiya

Rusiyalı qadın əsgər deyəndə əvvəlcə dəqiq nişan alan snayperçilər yada düşür.
Hazırda Rusiya ordusunda qadın əsgərlərin sayı heç də az deyil. Onlar arasında təkcə hərbi təlimlər deyil, gözəllik yarışları da keçirilir.

Türkiyə

Kişilərlə birgə, türk qadınları da tarixdə müharibələrdə öz izlərini qoyub. Müasir dövrdə Türkiyədə qadınlar könüllü şəkildə orduda xidmət edə bilir. Onlar üçün nəzərdə tutulan təlimlər çətinliyi ilə seçilir.
 

# 3369
avatar

Nigar Adil

Oxşar yazılar