Sosial şəbəkədə dünyanın ən böyük velosipedi Kleine Joanna göstərilib.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, velosiped Almaniyada istehsal olunub. Adı Balaca Coanna kimi tərcümə olunur. 2023-cü ilin mart ayında o, Ginnesin Rekordlar Kitabına düşüb.
Bu nəqliyyat vasitəsi 2020-ci ildə Saksoniy tərəfindən 2500 saat ərzində yaradılıb. Velosiped daha çox traktora bənzəyir. Onun çəkisi 2177 kiloqramdır. Traktordan iri təkərlər götürülərək hazırlanıb. Yan tərəfdə isə uşaq arabası var.
Velosiped həmçinin köhnə Opel Blitz 3.6 yük maşınının sürət qutusu ilə təchiz olunub. Maksimal sürət 18 km/saatdır.