Bütün zamanlarda yaşayan dahilər hansısa xəstəliklərdən əziyyət çəkiblər. Bəzən ağır xəstəlik onları intihar həddinə çatdırıb.
Lent.az müxtəlif xəstəlikdən əziyyət çəkən dahiləri təqdim edir:
Çarlz Darvin
Təkamül nəziyyəsinin banisi olan ingilis təbiətşunası kəkələyərək danışırdı. Nadirən rast gəlinən bir xəstəlik olan Şaqas xəstəliyindən də əziyyət çəkən alimin orqanizmində yumşaq qanadsız böcəklər gəzirdi.
Vinsent van Qoq
Məşhur hollandiyalı rəssam Van Qoq kliniki depresiyadan əziyyət çəkirdi. Bununla yanaşı ömrünün sonlarına yaxın epilepsiya xəstəliyinə yoluxmuşdu.
Albert Eynşteyn
Alman nəzəriyəçisi, müasir nəzəri fizikanın yaradıcılarından biri, fizika üzrə Nobel mükafatı laureatı Albert Eynşteyn dinləmə, danışma, oxuma, yazma, fikir bildirmə və riyazi bacarıqların qazanılmasında çox böyük çətinliklər yaradan disleksiya xəstəsi idi.
Ernest Heminquey
Az adam bilir ki, amerikan yazar Ernest Heminqueyin psixi vəziyyəti heç də normal olmayıb. Həyatının böyük hissəsini spirtli içkilərdən əziyyət çəkən yazıçıda iki qütblü psixozdan tutmuş, beynin travmatik xəsarətinə qədər başqa diaqnozlar da olub. Yazıçını psixiatrik xəstəxanaya yerləşdirirlər. Amma onun halı daha da pisləşir, yaddaşını itirir, fikirlərini formalaşdıra bilmir və tezliklə ovçu tüfəngindən açdığı atəşlə intihar edir.
Lev Tolstoy
"Anna Karenina”, "Hərb və sülh" kimi dahi əsərlərin müəllifi Lev Tolstoy tez-tez dərin və uzun müddət davam edən depressiya tutmalarından əzab çəkib. 83 yaşı olanda yazıçı asketlər kimi səyahətə başlayır, amma, çox uzağa gedə bilmir, ciyərlərinə soyuq dəyən yazıçı Astapovo stansiyasında dayanır və tezliklə ölür
Mixail Lermontov
Bir sira bioqraflar onun şizofreniyanın bir növündən əziyyət çəkdiyini düşünürlər. Psixi pozuntu şairə yəqin ki, anası tərəfindən irsi olaraq keçmişdi. Onun babası zəhər qəbul edərək həyatına son qoymuşdu, anası nevrozdan və isteriyadan əziyyət çəkirdi. Lermontovun həmyaşıdları onun çox aqressiv və az ünsiyyətcil və əsəbi olduğunu deyirdilər.