Oğuz rayonuna güclü dolu yağıb.
Lent.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.
Onun sözlərinə görə, iyunun 1-də saat 17:00-dan 17:35-dək Oğuz rayonu, Başdaşağıl kəndinə leysan yağışı ilə birlikdə güclü dolu yağıb.
Dolunun diametri 25-30 mm olub.