Bu ölkədə dünyanın ən uzun  süni çayı   tikilir - VİDEO
15 may 2023 00:31 (UTC +04:00)

Bu ölkədə dünyanın ən uzun süni çayı tikilir - VİDEO

Misirin Qərbindəki səhrada dünyanın ən uzun süni çayının tikintisinə başlanılıb və səlahiyyətlilər bu çayın ərzaq təhlükəsizliyini yaxşılaşdırmağa və ölkəyə ixracı artırmağa kömək edəcəyini bildiriblər.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, onun uzunluğu 114 kilometr olacaq. “Yeni Delta” layihəsinin dəyəri 5,25 milyard dollar qiymətləndirilir, lakin onun tamamlanma vaxtı hələ açıqlanmır. Çay yeni Rayd Əl-Faraq-Dabaa yolu ilə axacaq.

Prezident Əbdül-Fəttah Xəlil Əs-Sisi qeyd edib ki, çayın tikintisi müasir Misir tarixində ən böyük layihə olacaq.

 

# 4404
avatar

Oxşar yazılar