Bərdədə ata 10 yaşlı övladını avtomobillə vurub - VİDEO
27 iyun 2023 16:59 (UTC +04:00)

Bərdədə ata 10 yaşlı övladını avtomobillə vurub - VİDEO

Bərdə rayonunda ata 10 yaşlı övladını avtomobillə vurub.

Lent.az APA TV-yə istinadla bildirir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Samir Abbasov avtomobilini hərəkət etdirən zaman ehtiyatsızlıqdan 10 yaşlı oğlu Şahin Abbaszadəni vurub. Yaralı yaxınlarının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı yaralının sag budundan ağır xəsarət aldığı ortaya çıxıb. Həkimlər uşağının vəziyyətini orta-ağır qiymətləndirir.

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.

# 2370
avatar

Oxşar yazılar