“Bayraktar TB2” SİHA-ların Rusiyanın Xerson şəhərinə girən hərbi karvanını vurmasının görüntüləri paylaşılıb.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, Ukraynanın Türkiyədəki səfirliyi həmin anları sosial media hesabında yayıb. Paylaşımda "Ukrayna Baş Qərargah rəisi - Maşallah Bayraktar TB2 SİHA"larına deyilir.
Rusiyanın Ukraynaya hücumunun 4-cü günündə də bölgədən dəhşətli görüntülər gəlməyə davam edir.
Ukraynanın müdafiə nazirinin müavini bildirib ki, Rusiya hücumun əvvəlindən bu yana 4300-ə yaxın əsgər və 146 tank itirib.