ABŞ-da kişi bankı kərpicdən istifadə etməklə qarət edib, İndi polis onu axtarır.
Lent.az xarici mediaya istinadən bildirir ki, Kolumbiya dairəsi polisinin məlumatına görə, şübhəli şəxs kassirdən 50 min dollar nağd pul tələb edib. Bank işçisini qorxutmaq üçün kişi stolun üstünə kərpic qoyub. Bildirilir ki, sonda amerikalı cəmi 500 dollarla departamenti tərk edib.
Quldurun videokameralara düşməsinə baxmayaraq, polis hələ də onu yaxalaya, şəxsin kimliyini və yerini öyrənə bilməyib.
Məmurlar hadisə yerindən görüntüləri sosial şəbəkələrdə yerləşdirib və insanlardan istintaqa hər cür köməklik göstərmələrini xahiş edirlər. Bank nümayəndələri hadisə ilə bağlı açıqlama verməyiblər.