Balinalar gəmiyə hücum etdi  - VİDEO
25 oktyabr 2022 12:05 (UTC +04:00)

Balinalar gəmiyə hücum etdi - VİDEO

Portuqaliya və İspaniyada balinalar gəmilərə hücum edir.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, qatil balinalar xüsusilə İber sahillərində gəmilərə tez-tez hücumlar edirlər.

Məlumatlara görə, qatil balinalar avqust ayında ovçuların gəmisinə hücum edib və nəticədə gəmini su basıb. Həmin gəmidən 5 nəfər xilas olub.

Alimlər hələ də balinaların gəmilərə hücum etməsinin səbəbini tam açıqlaya bilməyib. Araşdırmalara görə, son bir neçə il ərzində qatil balinaların xüsusilə gecə saatlarında hücum etdiyi məlum olub.

Arzu Qurbanlı

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3411
avatar

Oxşar yazılar