Bakıya sürücüsüz taksilər gətirilib? - VİDEO
09 avqust 2024 12:08 (UTC +04:00)

Bakıya sürücüsüz taksilər gətirilib? - VİDEO

Bakıda sürücüsüz taksi avtomobilləri peyda olub.

Lent.az xəbər verir ki, bu barədə iddialar sosial şəbəkələrdə yayılıb. Aavtomobili görənlər üzərində quraşdırılan avadanlıqları görüb onun sürücüsüz taksi olduğu zənn ediblər.

Ancaq nəqliyyat vasitəsinin taksi yaxud hansısa dövlət orqanına məxsus təyinatlı avtomobil olması dəqiq bilinmir.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə sorğu ünvanladıq. Agentlikdən Lent.az-ın sorğusuna cavab olaraq, bildirildi ki, sözügedən görüntülərdəki avtomobil taksi kimi qeydiyyatdan keçməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1305
avatar

Oxşar yazılar