Bakıda yuk maşını polisə tabe olmayıb qaçdı -VİDEO
21 iyun 2023 11:00 (UTC +04:00)

Bakıda yuk maşını polisə tabe olmayıb qaçdı -VİDEO

Yol polisinin qanuni tələbinə əməl etməyən yük avtomobilinin sürücüsü saxlanılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, yol patrul xidmətinin əməkdaşları tərəfindən yükdaşıma qaydalarını pozduğuna görə “Saxla” işarəsi verilən “Howo” markalı, 99-KN-720 dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü Tehran Abdullayev polisin qanuni tələbinə tabe olmayaraq hərəkətini davam etdirib.

Baş DYP İdarəsinin YPX Alayının II taqımının əməkdaşları tərəfindən görülən tədbirlər nəticəsində Tehran Abdullayev saxlanılıb. 

Sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati  protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Tehran Abdullayev inzibati qaydada həbs edilib.

# 1554
avatar

Fidan İlqar

Oxşar yazılar