Bakıda təcili tibbi yardım avtomobili qəza törədib.
Lent.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl paytaxtın mərkəzi küçələrinin birində qeydə alınıb. Xəstə aparan təcili yardım avtomobili işıqforun qırmızı işığında dayanmadan hərəkətə davam edib. Nəticədə yaşıl işıqda hərəkət edən avtomobillə toqquşub.
Hadisə nəticəsində ölən və yaralananlar barədə dəqiq məlumat yoxdur. Hər iki avtomobilə ciddi ziyan dəyib.
Lent.az qəza anının görüntülərini əldə edib.
Həmin görüntüləri təqdim edirik: