Hadisə anı
19 yanvar 2022 23:56 (UTC +04:00)

Hadisə anı

Bakıda uşaq evində BİABIRÇILIQ: Bu dəfə tərbiyəçi döyüldü - VİDEO - TƏFƏRRÜAT - YENİLƏNİB

Bakıda uşaq evində valideynin tərbiyəçini döyməsi ilə bağlı hadisənin təfərrüatları məlum olub.

Lent.az APATV-yə istinadən həmin təfərrüatları təqdim edir:

***

16:11

Bakıda uşaq evində valideynin tərbiyəçini döyməsi ilə bağlı araşdırmalar başlanıb.

Bu barədə Lent.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov məlumat verib. O sosial şəbəkələrdə tərbiyəçi ilə valideyn arasında baş verən insidentlə bağlı yayılan görüntülərdən xəbərdar olduqlarını bildirib:

"Həmin hadisə yanvarın 16-da Xətai rayonunda yerləşən 3 saylı uşaq evində baş verib. Hadisə ilə bağlı artıq Xətai rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsində təhqiqat araşdırmalarına başlanılıb. İnsidentin iştirakçısı uşaq evinin əməkdaşı G.Nağıyeva Polis Şöbəsinə dəvət edilərək onun izahatı alınıb. Qarşı tərəfin də hadisə ilə bağlı izahatı alınandan, eləcə də təyin edilən ekspertizaların nəticəsi məlum olandan sonra hadisəyə hüquqi qiymət veriləcək və valideynlə uşaq evinin əməkdaşı arasında baş verən insidentin səbəbləri məlum olacaq".

***
Saat: 15:16

Bakıda uşaq evində insident yaşanıb.

Lent.az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.

Məlumata görə, hadisə paytaxtın Xətai rayonunda yerləşən 3 saylı uşaq evində baş verib. Burada köməkçi işləyən 40 yaşlı G. Nağıyeva valideyn tərəfindən döyülüb.

Hadisənin hansı səbəbdən baş verməsi hələlik bilinmir.

Görüntüləri təqdim edirik:

Bakıda valideyn tərbiyəçini döydü

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8247
avatar

Mehman Nəbiyev

Oxşar yazılar