Bakıda soyğunçu kameralara belə düşdü - VİDEO
28 mart 2024 15:39 (UTC +04:00)

Bakıda soyğunçu kameralara belə düşdü - VİDEO

Bakının Nizami rayonunda soyğunçuluq törədən şəxs kameralara düşüb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, naməlum şəxs zərərçəkənə yaxınlaşaraq onun mobil telefonunu və içərisində sənədləri olan çantasını talayıb. 

Nizami RPİ 25-ci Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Mustafayev Sərxan saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Lent.az cinayəti törədən şəxsin təhlükəsizlik kameralarına düşən görüntülərini təqdim edir:

# 2856
avatar

Oxşar yazılar