Daxili İşlər Nazirliyi polisin əmrinə tabe olmayan "Toyota Prius" sürücü ilə bağlı açıqlama verib.
Nazirlikdən Lent.az-a verilən xəbərə görə, Bakının Nəsimi rayonu ərazisində “Toyota Prius” markalı avtomobilin saxlanılması narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqəlidir.
DİN-in mətbuat xidmətindən bildirilib ki, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunan 1987-ci il təvəllüdlü Rauf Qurbanovun idarə etdiyi avtomobildə külli miqdarda satış məqsədilə narkotik vasitələrin olması barədə polisə əməliyyat məlumatı daxil olub.
Keçirilən tədbirlər zamanı polis əməkdaşlarına tabesizlik göstərən şəxsin saxlanılması DYP əməkdaşları ilə birgə təmin edilib.
Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən R.Qurbanov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
***
10:40
Bu gün sosial şəbəkələrdə Bakının Nəsimi rayonu ərazisində “Toyota Prius” markalı avtomobilin sürücüsü avtoxuliqanlıq edib.
Lent.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkəlrədə paylaşılıb.
Videoda sürücünün daha sonra polisə müqavimət göstərdiyi əks olunub. Hadisə ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, həmin sürücü artıq saxlanılaraq aidiyyəti üzrə təhvil verilib:
"Bu gün səhər saat 7:50 radələlərində paytaxtın Cəfər Xəndan Azadlıq Prospekti istiqamətində hərəkətdə ola dövlət qeydiyyat nişansız Prius markalı avtomobilin sürücüsü ardıcıl olaraq qayda pozuntuları etməklə ətrafdakı insanların həyat və sağlamlığına təhlükə yaratmış polisə tabesizlik göstərməklə onun qanuni saxla əmrinə tabe olmamış və nəticədə bir neçə nəqliyyat vasitəsinədə maddi ziyan dəyib. Şəxs saxlanılaraq 19-cu Polis Bölməsinə təhvil verilib əməlinə hüquqi qiymət verilməsi üçün iş aidiyyatı üzrə məhkəməyə təqdim ediləcək. Təfərrüatları barədə məhkəmənin qərarırndan sonra ətraflı məlumat təqdim edəcəyik".