Bakının Yasamal rayonunda moped piyadanı vurub.
Lent.az xəbər verir ki, hadisə Cəfər Cabbarlı küçəsində baş verib. Nəticədə bir nəfər hadisə yerindəcə həyatını itirib.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi polis kapitanı Toğrul Nəsirli Lent.az-a bildirib ki, hadisə bu gün saat 15:30-da baş verib. Yolu keçmək istəyən 55-60 yaşlı xanımı moped vurub. Qadın aldığı xəsarətlərdən yerindəcə keçinib.