Bakıda maşın qaçıranlar kameraya düşdü - VİDEO
10 iyun 2024 14:50 (UTC +04:00)

Bakıda maşın qaçıranlar kameraya düşdü - VİDEO

Xətai rayonu Sarayevo küçəsindən Bakı şəhər sakini olan bir nəfərin “Mercedes” markalı avtomobili qaçırılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə hadisəni törətmiş əvvəllər məhkum olunmuş 1975-ci il təvəllüdlü Şakir İbrahimov avtomobillə birgə saxlanılıb.

Qeyd edək ki, avomobilin sahibi maşının salonunu sərin olması üçün kondisioneri işlək vəziyyətdə saxlayıb. Sahibinin nəqliyyat vasitəsini tərk edən zaman qapıların açıq qaldığını müşahidə edən Ş.İbrahimov avtomobili qaçıraraq həmin ünvandan uzaqlaşıb. 

İdarə əməkdaşları tərəfindən həyata keçirilən daha bir tədbir zamanı rayon ərazisində evlərdən birinə açıq qalmış pəncərədən daxil olaraq mənzil sahibinə qarşı soyğunçuluq edən 1998-ci il təvəllüdlü İsa  Nəsirov saxlanılıb. O, hadisə zamanı zərərçəkənin pulunu və bank kartını ələ keçirib.

Hər iki faktla bağlı araşdırmalar davam etdirilir. Ş.İbrahimov və İ.Nəsirovun əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə polisə məlumat verə bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3559

Oxşar yazılar

APA TV-də XəbərAPAran – CANLI

APA TV-də XəbərAPAran – CANLI

3 iyul 2025 , 10:00
Evlənmək istəyirdilər, xəstəlik mane oldu -VİDEO

Evlənmək istəyirdilər, xəstəlik mane oldu -VİDEO

2 iyul 2025 , 10:34
APA TV-də XəbərAPAran – CANLI

APA TV-də XəbərAPAran – CANLI

2 iyul 2025 , 09:40
APA TV-də XəbərAPAran – CANLI

APA TV-də XəbərAPAran – CANLI

1 iyul 2025 , 10:00
APA TV-də XəbərAPAran – CANLI

APA TV-də XəbərAPAran – CANLI

30 iyun 2025 , 10:00
İranda ölən generalların cənazələri  TIR-larla daşındı - VİDEO

İranda ölən generalların cənazələri TIR-larla daşındı - VİDEO

28 iyun 2025 , 11:03
Rusiyada OMON-un saxladığı  azərbaycanlıların həbsxanadan GÖRÜNTÜLƏRİ

Rusiyada OMON-un saxladığı azərbaycanlıların həbsxanadan GÖRÜNTÜLƏRİ

28 iyun 2025 , 11:00
17 illik uğurlu yolun yolçusu  - VİDEO

17 illik uğurlu yolun yolçusu - VİDEO

25 iyun 2025 , 21:29