Bakıda iranlıların yaratdığı cinayətkar dəstənin üzvləri tutuldu - VİDEO
27 yanvar 2023 17:52 (UTC +04:00)

Bakıda iranlıların yaratdığı cinayətkar dəstənin üzvləri tutuldu - VİDEO

Polis Binəqədidə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar keçirib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, onlar İran vətəndaşlarının yaratdığı narkoşəbəkənin üzvləri olduqlarını etiraf ediblər.

Məlumata görə, Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi və satışını həyata keçirən 2 nəfər  - Fariz Mehdiyev və Əflatun Nəsrullayev saxlanılıblar. Həmin şəxslərdən ümumilikdə 2 kiloqrama yaxın heroin və metamfetamin aşkar edilib. Saxlanılan şəxslər paytaxt ərazisində narkokuryerlik etdiklərini və onlayn yolla əldə etdikləri narkotiklərin satışını həyata keçirdiklərini bildiriblər.

Faktlarla bağlı 4-cü Polis Şöbəsində toplanan materiallar Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.

Fariz Mehdiyev və Əflatun Nəsrullayevin üzvü olduqları narkoşəbəkənin digər üzvlərinin və Binəqədi rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyən olunması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5767

Oxşar yazılar

APA TV-də XəbərAPAran – CANLI

APA TV-də XəbərAPAran – CANLI

3 iyul 2025 , 10:00
Evlənmək istəyirdilər, xəstəlik mane oldu -VİDEO

Evlənmək istəyirdilər, xəstəlik mane oldu -VİDEO

2 iyul 2025 , 10:34
APA TV-də XəbərAPAran – CANLI

APA TV-də XəbərAPAran – CANLI

2 iyul 2025 , 09:40
APA TV-də XəbərAPAran – CANLI

APA TV-də XəbərAPAran – CANLI

1 iyul 2025 , 10:00
APA TV-də XəbərAPAran – CANLI

APA TV-də XəbərAPAran – CANLI

30 iyun 2025 , 10:00
İranda ölən generalların cənazələri  TIR-larla daşındı - VİDEO

İranda ölən generalların cənazələri TIR-larla daşındı - VİDEO

28 iyun 2025 , 11:03
Rusiyada OMON-un saxladığı  azərbaycanlıların həbsxanadan GÖRÜNTÜLƏRİ

Rusiyada OMON-un saxladığı azərbaycanlıların həbsxanadan GÖRÜNTÜLƏRİ

28 iyun 2025 , 11:00
17 illik uğurlu yolun yolçusu  - VİDEO

17 illik uğurlu yolun yolçusu - VİDEO

25 iyun 2025 , 21:29