Bakıda daha bir "Bolt" aşdı - VİDEO
12 aprel 2025 09:55 (UTC +04:00)

Bakıda daha bir "Bolt" aşdı - VİDEO

Bakıda "Bolt" şirkətinin loqosu ilə taksi fəaliyyəti göstərən avtomobil qəza törədib.

Lent.az xəbər verir ki, hadisə "Koroğlu" metrostansiyası yaxınlığında qeydə alınıb. Qəzadan sonra minik maşını aşıb.

Bakı şəhər DYP İdarəsinin bölmə rəisi Toğrul Nəsirli bildirib ki, hadisə saat 6:10-da Nizami rayonu Heydər Əliyev prospektində baş verib:

“JAC” markalı minik avtomobili ilə “MAN” markalı yük maşınının toqquşması nəticəsində taksidə olan qadın sərnişin xəsarət alıb. Faktla bağlı araşdırma aparılır".

Qeyd edək ki, iki gün əvvəl də Heydər Əliyev prospektində "Bolt" şirkətinin loqosu ilə fəaliyyət göstərən avtomobil dəhşətli qəza törədib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 932

Oxşar yazılar