Bakıda GÖRÜLMƏMİŞ QƏZA:  "Bolt" belə uçdu - HADİSƏ ANI  - YENİLƏNİB
10 aprel 2025 16:42 (UTC +04:00)

Bakıda GÖRÜLMƏMİŞ QƏZA: "Bolt" belə uçdu - HADİSƏ ANI - YENİLƏNİB

Küçə və prospektlərdə yol-nəqliyyat hadisələrinin baş verməsi istənilən halda nəqliyyat sıxlığının yaranmasına səbəb olur.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Ömər Xıdırov Lent.az-a bildirib ki, təəssüflər olsun ki, bu sıxlığın yolun digər istiqamətlərinə təsir etməsi isə birbaşa bəzi sürücülərin avtomobili saxlayıb hadisəni mobil telefonla qeydə almaları və ya hadisə yerinə baxmaları ilə bağlıdır.

Bu gün günorta saatlarında Heydər Əliyev prospekti ilə Ələsgər Qayıbov küçəsinin kəsişməsində baş verən qəza səbəbindən də eyni vəziyyət yaşanıb. Nəticədə əsas yolla yanaşı, kənar yol hər iki istiqamət üzrə nəqliyyatın hərəkətində ləngimələr olub.

Müşahidələrimiz onu deməyərə əsas verir ki, bu kimi hallar tez-tez yaşanır. Bu da bəzən yanğından mühafizə, polis, təcili tibbi yardım və qəza-xilasetmə bölmələrinin avtomobilinin hadisə yerinə vaxtında çata bilməməsi ilə nəticələnir. DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə müraciət edərək həm sıxlığın yaranmaması, həm də qəza zamanı lazımi şəxslərin hadisə yerinə vaxtında gəlməsi üçün bu kimi hallara yol verməməyə çağırır.

Lent.az-ın əldə etdiyi məlumata görə, “BYD”nin sürücüsü Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə şərti cəza alıb. O, hazırda elektron qolbaq daşıyırmış.

***
16:10

Heydər Əliyev prospektində baş verən qəzanın görüntüləri yayılıb.

Lent.az görüntüləri təqdim edir:

Qeyd edək ki, qəza törədən BYD markalı avtomobil "Bolt" taksi şirkətinə məxsus olub.

***
14:38

Bakının Nizami rayonu, Heydər Əliyev prospekti ilə Ələsgər Qayıbov küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Lent.az-a verilən xəbərə görə, qəza səbəbindən həm mərkəz, həm də metronun “Koroğlu” stansiyası istiqamətində nəqliyyat sıxlığı yaranıb. Hazırda polis əməkdaşları hadisə yerindədir və sıxlığın qısa zamanda aradan qaldırılması üçün tədbirlər görülür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8680

Oxşar yazılar