Bakıda bahalı avtomobil alışıb yandı - VİDEO
25 may 2023 17:30 (UTC +04:00)

Bakıda bahalı avtomobil alışıb yandı - VİDEO

Bakıda avtomobil yanıb.

Lent.az xəbər verir ki, hadisə Nizami rayonu "Neftçilər" metrostansiyası yaxınlığında baş verib. Yol kənarında dayanan BMW "X5" markalı avtomobil qəfildən yanmağa başlayıb.

Daha sonra avtomobildə partlayış baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları yanğını söndürüblər. Ölən və ya yaralanan yoxdur.

Görüntüləri təqdim edirik:

# 3648
avatar

Oxşar yazılar