Bakıda avtobusda TƏHLÜKƏLİ ANLAR  - 68 yaşlı bıçaqlı qadın saxlanıldı - VİDEO
20 may 2025 10:05 (UTC +04:00)

Bakıda avtobusda TƏHLÜKƏLİ ANLAR - 68 yaşlı bıçaqlı qadın saxlanıldı - VİDEO

Bakıda bıçaqlı qadın avtobusda sərnişinlərə həyəcanlı anlar yaşadıb.

Lent.az xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisində baş verib.

165 saylı xətt avtobusuna əlində bıçaqla minən yaşlı qadın insanların narahatlığına səbəb olub. Sərnişinlər hər hansı təhlükə olmasın deyə ondan kənara çəkiliblər.

Qadının ruhi xəstə olduğu bildirilir.

DİN-in mətbuat xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli Lent.az-a bildirib ki, ictimai nəqliyyatda kəsici alətlə qeyri-adekvat hərəkətlər edən 68 yaşlı qadın polis əməkdaşları tərəfindən saxlanılıb. Onun sağlamlıq vəziyyəti nəzərə alınaraq barəsində qanunamüvafiq tədbirlər görülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1858

Oxşar yazılar