Polis polkovniki dələduzluğa görə HƏBS EDİLDİ
20 may 2025 13:18 (UTC +04:00)

Polis polkovniki dələduzluğa görə HƏBS EDİLDİ

Rusiyanın Volqoqrad vilayətinin Daxili İşlər Nazirliyinin Baş İdarəsinin rəisinin müavini həbs edilib.

Lent.az yerli mediaya istinadla bildirir ki, istintaqın məlumatına görə, o, sahibkarlara dəstək məqsədilə Türkmənistan və Türkiyəyə biznes missiyası təşkil etmək sxemində iştirak edir. Missiyaya cavabdeh olan məsul şəxs layihənin həyata keçirilməyəcəyini bilə-bilə, ümumilikdə 2,3 milyon rubl məbləğində xidmətlərin göstərilməsi üçün müqavilələr bağlayıb.

Hesabat sənədləri nazirliyə göndərilib və məlum olub ki, orada adı keçən iş adamları onların layihədə iştirakları barədə heç vaxt eşitməyiblər.

Baş İdarə rəisinin əməliyyat işləri üzrə müavini olan polis polkovnikinin bu fırıldaq sxemində iştirakını Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları müəyyən ediblər. Bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olaraq külli miqdarda və xüsusilə külli miqdarda dələduzluq faktı üzrə cinayət işi açılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2678

Oxşar yazılar