Bakıda avtomobil kişini vurub.
Lent.az xəbər verir ki, hadisə gecə saatlarında Sabunçu rayonu Zabrat qəsəbəsində yerləşən "İst Petrol" yanacaqdoldurma məntəqəsinin yaxınlığında baş verib.
Çobanov Kənan Əfqan oğlu idarə etdiyi “Toyota Aqua”avtomobillə hərəkətdə olarkən 35 yaşlı Qubadov Niyaməddin Arzuman oğlunu vurub. Piyada aldığı xəsarətlərdən dünyasını dəyişib.
Faktla bağlı cinayət işi açılıb.