Bakıda anasının əlindən qaçan uşağı "Prius" vurdu - HADİSƏ ANI
05 iyun 2024 11:57 (UTC +04:00)

Bakıda anasının əlindən qaçan uşağı "Prius" vurdu - HADİSƏ ANI

Bakıda avtomobil azyaşlını vurub.

Lent.az xəbər verir ki, bu barədə görüntüləri Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi polis polkovnik-leytenantı Rövşən Tağıyev sosial şəbəkədə paylaşıb.

Görüntülərdə "Toyota Prius" markalı avtomobilin azyaşlını vurduğu əks olunub. Hadisə zamanı uşaq valideynlərinin nəzarətsizliyi ucbatından yola qaçıb və nəticədə qəza baş verib.

R. Tağıyevin paylaşımda yazdığı qeydi və hadisə anını təqdim edirik:

"Statistika göstərir ki, bir çox hallarda azyaşlılar məhz valideynləri yanlarında olduğu halda yol-nəqliyyat hadisəsinin qurbanına çevrilirlər. Valideyn diqqətsizliyinə görə azyaşlı həyatını itirirsə bu, cəmiyyət, dövlət və həmin valideyin üçün ağır faciədir.

Əziz valideynlər!".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2661
avatar

Oxşar yazılar