Bakı-Şamaxı yolunda maşın yandı - VİDEO
22 avqust 2023 16:20 (UTC +04:00)

Bakı-Şamaxı yolunda maşın yandı - VİDEO

Bakı-Şamaxı yolunda avtomobil yanıb.

Lent.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Adı çəkilən yolda "Hyundai Sonata" markalı avtomobildə qəfil tüstülənmə olub. Sürücü dərhal avtomobili yolun hərəkət olmayan hissəsinə çıxarıb.

Ancaq maşın alışmağa başlayıb və güclü yanğın meydana gəlib. Nəticədə avtomobil yararsız hala düşüb. Hadisə zamanı xəsarət alanlar barədə dəqiq məlumat yoxdur.

Görüntüləri təqdim edirik:

# 2691
avatar

Oxşar yazılar