Bakı-Qazax yolunda əksinə sürdü - VİDEO
20 fevral 2024 11:24 (UTC +04:00)

Bakı-Qazax yolunda əksinə sürdü - VİDEO

Sürücünün birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməsinin hansı nəticələrə səbəb ola biləcəyi, eləcə də bu kimi qayada pozuntularına yol verən şəxslərlə bağlı görülən tədbirlər barədə ictimaiyyətə vaxtaşırı məlumat verilməsinə baxmayaraq, sosial şəbəkələrdə yenidən analoji qayda pozuntusunu əks etdirən videogörüntü yayılıb.

Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən xəbərə görə, haqlı olaraq ictimai qınaq obyektinə çevrilən bu dəfə ki videogörüntü Bakı-Qazax avtomobil yolunda çəkilib. Araşdırma zamanı “NİSSAN” markalı, 99-FL-748 dövlət qeydiyyat nişanlı avtomobillə birtərəfli müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət edən sürücünün Ucar rayon sakini Qarakişi Kərimov olduğu müəyyən edilib və həmin şəxs barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.

Məlumat üçün qeyd edək ki, qarşıdan gələn nəqliyyatın hərəkət zolağına çıxma və ötmə qaydalarını pozulmasına görə təkcə 2023-cü il ərzində 578 yol-nəqliyyat hadisəsi qeydə alınıb ki, nəticədə 240 nəfər həlak olub, 604 nəfər isə yaralanıb.

Baş DYP İdarəsi bu statistikanı xatırlatmaqla yanaşı bir daha sürücülərə müraciət edərək onları qaydalara sözsüz əməl etməyə, bədbəxt hadisələrin baş verməməsi üçün məsuliyyətsiz davranışlardan çəkinməyə çağırır!

# 2085
avatar

Oxşar yazılar