Bakı metrosunda yeniyetmə özünü qatar yoluna atıb.
Lent.az xəbər verir ki, hadisə bu gün günorta saatlarında metrostansiyalardan birində qeydə alnııb.
Ad soyadı hələ ki məlum olmayan yeniyetmə özünü qatar relsinə atıb. Daha sonra gülərək oradan çıxıb. Həmin görüntülər sosial şəbəkələrdə yayılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a faktla bağlı məlumatlı olduqları bildirilib.
Qeyd olunub ki, hazırda hadisə ilə bağlı metro polisi tərəfindən araşdırma aparılır.