Azərbaycanda itkin düşən iki nəfər canlı efirdə ailələrinə təhvil verilib.
Lent.az xəbər verir ki, bir müddət əvvəl Zaqatala rayonunda itən 21 yaşlı Qurban Mahmudov Xoşqədəm Hidayətqızının “Səni axtarıram” proqramında tapılıb.
O, canlı yayıma gələrək axtarış üçün efirə çıxan anası və nənəsi ilə görüşüb.
Digər şəxs isə paytaxtın Binəqədi rayonunda itkin düşüb. Fevralın 10-da rayon ərazisindəki yaşadıqları evdən çıxıb bir daha geri qayıtmayan yaşlı qadın dəmiryolu adlanan ərazidəki bazarda aşkarlanıb.
Həmin qadın da “ATV” kanalında yayımlanan “Bizimləsən” verilişi vasitəsilə tapılaraq, oğluna təhvil verilib.