Ayı maşına minib  69 şüşə qazlı içki içdi
25 aprel 2023 15:57 (UTC +04:00)

Ayı maşına minib 69 şüşə qazlı içki içdi

Kanadada bir ayı avtomobilə minərək 69 şüşə qazlı içki içib. 

Lent.az xəbər verir ki, gecə vaxtı bir qadının həyətinə gələn ayı onun maşınının şüşələrini sındıraraq içəri daxil olub. Daha sonra avtomobildə olan 69 şüşə qazlı içkini içib. 

Məlumata görə, yırtıcı heyvan xüsusilə “Orange Crush” içkisinə maraq göstərib. Digər “Diet Coke” içkisindən isə çox az içib.  

Qadının dediyinə görə, o, evində yatarkən səhər onu iti oyandırıb. Daha sonra isə dəhşətli hadisə ilə qarşılaşıb. Maşının sahibi sığorta şirkətinin dəymiş ziyanın bir hissəsini ödəyəcəyinə ümid edir. 


 

# 4314
avatar

Oxşar yazılar